​Braziliyada təyyarə maşının üzərinə düşüb, 5 nəfər ölüb

​Braziliyada təyyarə maşının üzərinə düşüb, 5 nəfər ölüb Üçünün vəziyyəti ağır olmaqla daha 5 nəfər yaralanıb
Digər ölkələr
21 Yanvar , 2016 08:40
​Braziliyada təyyarə maşının üzərinə düşüb, 5 nəfər ölüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Braziliyanın cənubunda yerləşən Londrina şəhərində kənd təsərrüfatı işlərini yerinə yetirən kiçik təyyarə içərisində sərnişinlər olan furqonun üzərinə düşüb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, insident yanvarın 20-də yerli vaxtla günorta saatlarında baş verib.

Furqon yaxınlıqdakı magistral yolda işləyən fəhlələri daşıyırmış. Toqquşma nəticəsində 5 nəfər ölüb, üçünün vəziyyəti ağır olmaqla daha 5 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi