​Braziliyada silahlı şəxs 5 nəfəri girov götürüb

​Braziliyada silahlı şəxs 5 nəfəri girov götürüb Polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır
Digər ölkələr
30 İyul , 2016 19:18
​Braziliyada silahlı şəxs 5 nəfəri girov götürüb

Bakı. 30 iyul. REPORT.AZ/ Braziliyada silahlı şəxs 5 nəfəri girov götürüb.

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə ölkənin qərbində yerləşən San-Paulu şəhərində, cinayətkar qrup üzvlərinin yaxınlıqdakı mağazanı qarət etmək istəyərkən baş verib. Polis cinayətkarları hadisə yerindəcə izinə düşüb. Bundan sonra atışma başlayıb.

Quldurlardan 5-i qaçıb, 1-i isə yaxınlıqdakı kafeyə daxil olaraq kafenin işçilərini və müştərilərini girov görürüb.

Məlumata görə, girov götürülənlərdən ikisi kişi və üçü isə qadındır.

Hazırda polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi