Braziliyada helikopter qəzaya uğrayıb

Braziliyada helikopter qəzaya uğrayıb Nəticədə biri uşaq olmaqla 5 nəfər həlak olub
Digər ölkələr
28 Dekabr , 2014 14:46
Braziliyada helikopter qəzaya uğrayıb
Bakı. 28 dekabr. REPORT.AZ/ Braziliyanın cənub-şərqində özəl helikopter qəzaya uğrayıb. Nəticədə biri uşaq olmaqla 5 nəfər ölüb.

"Report"-un Associated Press-ə istinadla verdiyi xəbərə görə, helikopter San Paulu şəhəri yaxınlığında qəzaya uğrayıb.

Qəza nəticəsində azyaşlı qız, onun valideynləri, uşağın dayəsi və pilot ölüb. Məlumata görə, helikopter yerə çırpıldıqdan dərhal sonra partlayıb və tamamilə yanıb.

Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi