Braziliyada bənd uçub: 17 ölü

Braziliyada bənd uçub: 17 ölü Hadisə nəticəsində 45 nəfər isə itkin düşüb
Digər ölkələr
6 Noyabr , 2015 07:36
Braziliyada bənd uçub: 17 ölü

Bakı. 6 noyabr. REPORT.AZ/ Braziliyada bəndin uçması nəticəsində azı 17 nəfər həlak olub, 45 nəfər isə itkin düşüb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Minas-Xerays ştatında bəndin uçması böyük ərazidə fəlakətə səbəb olub. Bənd metallurgiya zavodu və mədənlərin tullantı sularını saxlamaq üçün tikilmişdi.

Fəlakət nəticəsində Bentu Rodriges yaşayış məntəqəsi tamamilə palçıq altında qalıb. Qəsəbənin 620 sakini helikopterlərlə təxliyə edilir. Xilasetmə dəstələri sağ qalanların axtarışlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi