Braziliya prezidentinin tərəfdarları və əleyhdarları paytaxda çadır düşərgələri yaradır

Braziliya prezidentinin tərəfdarları və əleyhdarları paytaxda çadır düşərgələri yaradır Prezidentin əleyhdarları küçələrdə çadırlar yaradaraq onun içində gecələyirlər
Digər ölkələr
14 Aprel , 2016 02:03
Braziliya prezidentinin tərəfdarları və əleyhdarları paytaxda çadır düşərgələri yaradır

Bakı. 14 aprel. REPORT.AZ/Braziliyanın paytaxtı Brazilia şəhərində xeyli sayda böyük çadır düşərgələri yaradılıb.

"Report" xəbər verir ki, prezident Dilma Ruseffin tərəfdarları Milli Konqresdə prezidentin impiçmenti haqqında məsələnin müzakirəsinin başlanacağını gözləyərək müvəqqəti çadırlar qurublar.

Eyni zamanda prezidentin əleyhdarları da küçələrdə çadırlar yaradaraq onun içində gecələyirlər.

Hakimiyyət nümayəndələri mübarizə edən tərəflər arasında mümkün toqquşmaların qarşısını almaq üçün xüsusi baryerlər yaradıb.

Ruseffin impiçmenti ilə bağlı məsələ Milli Konqresdə aprelin 17-də müzakirəyə çıxarılacaq. Artıq parlament komissiyası büdcə qanununun pozulmasına görə prezidentin impiçmentinə səs verib. 

Parlamentin 65 deputatının 38-i impiçmentə tərəfdar olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi