Braziliya prezidenti korrupsiya ittihamlarını rədd edib

Braziliya prezidenti korrupsiya ittihamlarını rədd edib "Mənə konkret faktlarla günahkar olduğumu sübut edin. Əks təqdirdə bu açıqlamalar şantajdan başqa bir şey deyil"
Digər ölkələr
8 İyul , 2015 08:29
Braziliya prezidenti korrupsiya ittihamlarını rədd edib

Bakı. 8 iyul. REPORT.AZ/ Braziliya prezidenti Dilma Ruseff bəyan edib ki, "Petrobras" dövlət enerji şirkətində baş verən korrupsiya faktlarından xəbərsiz olub.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, "Petrobras" şirkətinin direktorlar şurasına yeddi il boyunca (2003-2010) rəhbərlik edən D.Ruseff, bu dövrdə şirkətdə baş verən qanunsuz əməliyyatlarla bağlı ittihamları rədd edib.

Dövlət başçısının sözlərinə görə, onun istefası üçün heç bir səbəb yoxdur: "Mənə konkret faktlarla günahkar olduğumu sübut edin. Əks təqdirdə bu açıqlamalar şantajdan başqa bir şey deyil".

Qeyd edək ki, "Petrobras" şirkətində korrupsiya ilə bağlı iş üzrə artıq 150 nəfər məsuliyyətə cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi