Braziliya parlamentinin aşağı palatası prezidentin impiçmentini müzakirəyə çıxaracaq

Braziliya parlamentinin aşağı palatası prezidentin impiçmentini müzakirəyə çıxaracaq Səsvermə prosesinin açıq olacağı gözlənilir.
Digər ölkələr
17 Aprel , 2016 02:15
Braziliya parlamentinin aşağı palatası prezidentin impiçmentini müzakirəyə çıxaracaq

Bakı. 17 aprel. REPORT.AZ/Bu gün Braziliya parlamentinin aşağı palatası prezident Dilm Russeffin impiçmenti məsələsinə səs verəcək.

"Report" xəbər verir ki, səsvermənin açıq olacağı gözlənilir. 

Qanunverici orqanın üzvləri növbə ilə mikrofona yaxınlaşaraq səs verdiklərini elan edəcəklər.

Bunun üçün onların hər birinə 10 saniyə vaxt ayrılacaq. 

Qeyd edək ki, Braziliya prezidenti korrupsiyada ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi