"Braziliya 2016-ci il Olimpiya Oyunlarında mütləq qalib gələcək" - prezident Dilma Russef

"Braziliya 2016-ci il Olimpiya Oyunlarında mütləq qalib gələcək" - prezident Dilma Russef "Braziliyalı idmançılar bütün dünyaya öz ustalıqlarını nümayiş etdirməyə hazırlaşır"
Digər ölkələr
24 İyun , 2015 06:47
Braziliya 2016-ci il Olimpiya Oyunlarında mütləq qalib gələcək - prezident Dilma Russef

Bakı. 24 İyun. REPORT.AZ/ "Braziliya 2016-ci ildə keçiriləcək XXXI yay Olimpiya Oyunlarında mütləq qalib gələcək. Mən buna əminəm". "Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə bunu ötən axşam Braziliya prezidenti Dilma Russef bəyan edib.

5-21 avqust 2016-cı il tarixlərində Rio-de Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarının rəsmi simvolu olan yaşıl və sarı rənglərə boyanmış "Jingo" adlı yaquarın təqdimatı mərasimində çıxış edən D.Russef bildirib ki, braziliyalı idmançılar bütün dünyaya öz ustalıqlarını nümayiş etdirməyə hazırlaşır.

Xatırladaq ki, 2 oktyabr 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Olimpiya Komitəsinin 121-ci sessiyası keçirilib. Toplantıda 2016-cı il Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhər müəyyənləşib. Səsvermədən sonra Braziliyanın Rio-de-Janeyro şəhəri 66 səslə qalib gəlib. Madrid (İspaniya) isə cəmi 32 səs toplayıb.

Son xəbərlər

Orphus sistemi