​Böyük Corc Buş xəstəxanaya yerləşdirilib

​Böyük Corc Buş xəstəxanaya yerləşdirilib 90 yaşlı siyasətçi bir müddət onların nəzarəti altında olacaq
Digər ölkələr
24 Dekabr , 2014 07:59
​Böyük Corc Buş xəstəxanaya yerləşdirilib

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Corc Buş (böyük) Hyuston xəstəxanasına yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının mətbuat katibinə istinadən ABC News məlumat yayıb.

Onun xəstəxanaya yerləşdirilməsinə nəfəsində yaranan çətinliklər səbəb olub.

Həkimlərin narahatçılıqla bağlı ciddi əsasları yoxdur, lakin 90 yaşlı siyasətçi bir müddət onların nəzarəti altında olacaq.

Son xəbərlər

Orphus sistemi