Böyük ​Britaniyanın baş naziri gözlənilmədən Livana səfər edib

Böyük ​Britaniyanın baş naziri gözlənilmədən Livana səfər edib Devid Kemeron Beyrutda Livanın baş naziri Tammam Salamla danışıqlar aparmağı planlaşdırır
Digər ölkələr
14 Sentyabr , 2015 12:32
Böyük ​Britaniyanın baş naziri gözlənilmədən Livana səfər edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Devid Kemeron gözlənilmədən Livanın paytaxtı Beyruta səfər edib.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, baş nazirin Livana səfər edəcəyi təhlükəsizlik baxımından əvvəldən elan olunmayıb. D.Kemeron Beyrutda Livanın baş naziri Tammam Salamla danışıqlar aparmağı planlaşdırır.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri bir müddət öncə Türkiyə, İordaniya və Livandakı suriyalı qaçqınlara yardım edəcəklərini bildirmişdi.

Ötən həftə Devid Kemeron Londonda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. İki ölkənin baş naziri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. 

Son xəbərlər

Orphus sistemi