Böyük Britaniyada naməlum şəxs atəş açıb

Böyük Britaniyada naməlum şəxs atəş açıb O, iki nəfər güllələyib və ardından intihar edib
Digər ölkələr
19 İyul , 2016 15:25
Böyük Britaniyada naməlum şəxs atəş açıb

Bakı. 19 iyul. REPORT.AZ/ Böyük Britaniyanın Linkolnşir qraflığında naməlum şəxs hovuz ətrafında atəş açıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində atəş açdığı ehtimal edilən şəxs də daxil olmaqla, 3 nəfər həlak olub.

Eyni zamanda, polisin atəş açmadığı bildirilib. Odur ki, atəş açan şəxsin 2 nəfəri öldürdükdən sonra intihar etdiyi güman olunur.

Hadisənin digər detalları barədə hələlik məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi