Bakı. 31 oktyabr. REPORT.AZ/ Böyük Britaniya dini ekstremizm təhlükəsinin mahiyyətini çox gec anladı. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Bəhreyndə səfərdə olan Birləşmiş Krallığın xarici işlər naziri Filip Xammond bildirib.
Onun sözlərinə görə, ekstremist düşüncə tərəfdarlarının artması qlobal miqyasda ciddi problemə çevrilib.
"Ektremizmin bütün təzahürlərinə qarşı mübarizə aparmalıyıq", - deyən Xammond, multikulturalizm pərdəsi altında fəaliyyət göstərən bəzi qüvvələrin ayrıseçkiliyi təbliğ etdiyini xatırladıb.