Bostonda polislərə atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb - YENİLƏNİB

Bostonda polislərə atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb - YENİLƏNİB İki polis əməkdaşı yaralanıb
Digər ölkələr
13 Oktyabr , 2016 10:09
Bostonda polislərə atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb - YENİLƏNİB

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-ın Boston şəhərində polislərə atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat veriblər.

Şübhəli şəxsin hansı şəraitdə öldürülməsiylə bağlı məlumat verilmir.

***09:25

ABŞ-ın Massaçusets ştatında, Boston şəhərində naməlum şəxs atəş açıb. Hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə şəhər polis departamentindən məlumat veriblər.

Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşlarının şəhər küçələrindən birində silahlı şəxsin olması ilə əlaqədar çağırış üzrə olay yerinə çatdığı zaman baş verib.

Atışma həyata keçirən şəxs hələ ki, azadlıqdadır.

Son məlumatlara görə, polis onun ola biləcəyi mümkün ərazini mühasirəyə alıb.

Son xəbərlər

Orphus sistemi