​Bosniya və Herseqovina Aİ-yə üzvlüklə bağlı rəsmi ərizə təqdim edib

​Bosniya və Herseqovina Aİ-yə üzvlüklə bağlı rəsmi ərizə təqdim edib Federiko Moqerini: "Bu, uzun yolun başlanğıcıdır"
Digər ölkələr
15 Fevral , 2016 14:30
​Bosniya və Herseqovina Aİ-yə üzvlüklə bağlı rəsmi ərizə təqdim edib

Bakı. 15 fevral. REPORT.AZ/ Bosniya və Herseqovina Respublikası Avropa İttifaqına üzvlüklə bağlı rəsmi ərizə təqdim edib.

"Report" BBC-yə istinadən xəbər veir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federiko Moqerini bildirib.

Federiko Moqerini bunu vacib adlandırmaqla yanaşı deyib: "Bu, uzun yolun başlanğıcıdır".

Xatırladaq ki, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak Avropa İttifaqına üzvlüklə bağlı 2016-cı il yanvarın sonunadək quruma rəsmi müraciət edəcəklərini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi