​Bolqarıstan Fransaya Paris terror aktlarında şübhəli bilinən şəxsi təhvil verəcək

​Bolqarıstan Fransaya Paris terror aktlarında şübhəli bilinən şəxsi təhvil verəcək Ötən gecə Friz-Joli Joaşin polis tərəfindən Haskovodan Sofiyaya gətirilib
Digər ölkələr
29 Yanvar , 2015 14:08
​Bolqarıstan Fransaya Paris terror aktlarında şübhəli bilinən şəxsi təhvil verəcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Bolqarıstan bu gün Fransaya Paris terror aktlarının hazırlanmasında şübhəli bilinən Friz-Joli Joaşini təhvil verəcək. "Report" Bolqarıstanın milli radiosuna istinadən xəbər verir ki, Ötən gecə Friz-Joli Joaşin polis tərəfindən Haskovodan Sofiyaya gətirilib. Şübhəli şəxsin təhvil verilməsi iki ölkənin xüsusi xidmət orqanları tərəfindən razılaşdırılıb.

Yanvarın 20-də Haskovo məhkəməsi Fransa vətəndaşının bu ölkəyə verilməsi haqqında qərar çıxarıb.

Joaşini yanvar ayının 1-də Türkiyə ilə sərhəddə yerləşən "Kapitan-Andreyevo" sərhəd-buraxılış məntəqəsində həbs ediblər. O, 3 yaşlı oğlunun oğurlanmasında şübhəli bilinirdi, lakin yanvarın 12-də Paris məhkəməsi Joaşinin terror aktlarının hazırlanmasında şübhəli bilindiyi üçün onun həbsinə ikinci dəfə order verilib.

Son xəbərlər

Orphus sistemi