Bakı. 10 fevral. REPORT.AZ/ Boliviyanın əvvəllər 3 min kv.km. sahəni əhatə edən Poopo gölü xəritədən silinib.
"Report" xəbər verir ki, bu bəyanatla Avropa Kosmik Agentliyi (AKA) çıxış edib.
"AKA-nın gündəlik rejimdə Yer səthinin monitorinqi ilə məşğul olan mini-peyki "Proba-V" Boliviyanın ikinci ən böyük gölünün (Titikakidən sonra) yoxa çıxmasını qeydə ala bilib, Poopo gölünün tam olaraq buxarlandığı təsdiqlənib", - deyə RİA "Novosti" AKA-nın məlumatını sitat gətirir.
Sözügedən göl üç metr dərinlik və dəyişkən iqlim şəraitində birinci dəfə deyil ki, yoxa çıxır. Bundan əvvəlki buxarlanma 1994-cü ildə qeydə alınıb, lakin sonra göl yenidən su ilə dolub. Bu dəfə bərpa prosesi uzun illər çəkə bilər, əgər ümumiyyətlə bu baş verəcəksə.