​Boliviyada 7,5 ton kokain müsadirə olunub

​Boliviyada 7,5 ton kokain müsadirə olunub Müsadirə olunmuş narkotik maddənin qiyməti 379 milyon dollardır
Digər ölkələr
2 Avqust , 2016 02:14
​Boliviyada 7,5 ton kokain müsadirə olunub

Bakı. 2 avqust. REPORT.AZ/ Boliviyanın hüquq-mühafizə orqanları ABŞ-ın qara bazarında satılmaq üçün nəzərdə tutulmuş 7,5 ton kokaini müsadirə edib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Boliviyanın Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Xüsusi Bölməsinin rəhbəri Santiaqo Delqadilo məlumat verib.

O, bildirib ki, ABŞ-da narkotik maddənin hər kiloqramı 50 min dollardır. Bu mənada müsadirə olunmuş narkotik maddənin qiyməti 379 milyon dollardır.

Santiaqo Delqadilo narkotik vasitələrin müsadirə olunması əməliyyatına 10 ay hazırlıq görüldüyünü, 3 nəfərin saxlanıldığını bildirib.

O, narkotik maddələrin Çili ilə sərhəddə saxlanıldığını deyib.

Ötən il Boliviyada 20,6 ton, ilin əvvəlindən bu günə kimi isə 22,5 tondan çox narkotik maddə müsadirə olunub. 

Son xəbərlər

Orphus sistemi