"Boko Haram" terrorçuları Nigeriyada xilafətin yaradılması haqqında elan ediblər

"Boko Haram" terrorçuları Nigeriyada xilafətin yaradılması haqqında elan ediblər 10 mindən artıq insan terrorçuların qurbanı olub
Digər ölkələr
26 Avqust , 2014 09:10
Boko Haram terrorçuları Nigeriyada xilafətin yaradılması haqqında elan ediblər

Bakı. 26 avqust. REPORT.AZ/ "Boko Haram" terror qruplaşması Nigeriyanın şimal-şərqində yerləşən Quoza şəhərində islam xilafəti yaratdığını elan edib. 

Report France-Press-ə istinadən xəbər verir ki, bu barədə radikal qruplaşmanın rəhbəri Əbubəkr Şekau deyib. 

Bu ay ərzində "Boko Haram" terrorçuları Nigeriyanın şimalında bir neçə yaşayış məntəqəsini ələ keçirə biliblər. Quozadan başqa onlar Damboa və Buni Yadiya nəzarət edirlər. 

 "Boko Haram" terror qruplaşmasının üzvləri artıq bir neçə ildir ki, hökumətə qarşı mübarizə aparırlar. Öz hədəfləri qismində hərbi birləşmələr və polis idarələrinin yerləşdiyi strateji obyektləri seçirlər, eləcə də dini icmaların başçıları və dinc vətəndaşlara hücum edirlər. Hökumət qüvvələri öz növbəsində ekstremistlərin bazalarına qarşı əməliyyatlar həyata keçirirlər. "Boko Haram" terrorçuları tərəfindən Nigeriyada aparılan mübarizədə son beş ildə 10 min nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi