​"Boko Haram" terrorçuları Nigeriyada bir kəndə od vurublar

​"Boko Haram" terrorçuları Nigeriyada bir kəndə od vurublar Hücum nəticəsində ən azı 15 nəfər öldürülüb
Digər ölkələr
24 Yanvar , 2015 19:47
​Boko Haram terrorçuları Nigeriyada bir kəndə od vurublar

Bakı. 24 yanvar. REPORT.AZ/ Nigeriyada "Boko Haram" terror qruplaşmasının silahlıları ölkənin şimal-şərqində yerləşən Mayduquri şəhəri yaxınlığındakı kəndə hücum edərək yerli sakinləri atəşə tutublar.

"Report" BBC-yə istinadən xəbər verir ki, hücum nəticəsində ən azı 15 nəfər ölüb.

Yerli hakimiyyət orqanları hücumu dövlət başçısı vəzifəsinə yenidən seçilmək uğrunda kampaniyaya başlayan ölkə prezidenti Qudlak Conatanın bura qarşıda gözlənilən səfəri ilə əlaqələndirirlər.

Son xəbərlər

Orphus sistemi