"Boko Haram" terrorçu dəstəsinin lideri ölümcül yaralanıb

"Boko Haram" terrorçu dəstəsinin lideri ölümcül yaralanıb Ölkənin Hərbi Hava Qüvvələri qruplaşmanın mövqelərini bombalayıb
Digər ölkələr
23 Avqust , 2016 19:51
Boko Haram terrorçu dəstəsinin lideri ölümcül yaralanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Nigeriyada "Boko Haram" terrorçu dəstəsinin bir neçə başçısı zərərsizləşdirilib və qruplaşmanın başçısı ölümcül yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib.

İnfromasiyaya görə, ölkənin Hərbi Hava Qüvvələri "Boko Haram"ın mövqelərini bombalayıb, nəticədə bir neçə dəstəbaşı zərərsizləşdirilib, qruplaşmanın lideri isə ölümcül yaralanıb.

"Boko Haram" qruplaşması əsasən Nigeriyada yerləşib. Onlar Avropa təhsili sisteminə qarşı çıxır və ölkədə şəriət qaydalarının tətbiq edilməsini istəyirlər. Qruplaşma Nigeriya ilə yanaşı, Niger və Kamerunda da terrorlar törədirlər.

Xatırladaq ki, avqustun əvvəlindən Əbu Masab əl-Barnavi "Boko Haram"ın yeni başçısıdır. O, Əbu Bakar Şekani əvəz edib. 

Son xəbərlər

Orphus sistemi