"Boko Haram" qruplaşmasının 123 üzvü Kamerunda məhv edilib

"Boko Haram" qruplaşmasının 123 üzvü Kamerunda məhv edilib Əməliyyatlara qonşu Çad Respublikasının hərbi birləşmələri aktiv dəstək verib
Digər ölkələr
31 Yanvar , 2015 08:11
Boko Haram qruplaşmasının 123 üzvü Kamerunda məhv edilib

BAKI. 31 yanvar. REPORT.AZ/ Kamerun Respublikasının ərazisində son günlərdə keçirilən anti-terror əməliyyatları nəticəsində radikal "Boko Haram" qruplaşmasına bağlı 123 silahlı öldürülüb. "Report" AFP-yə istinadla xəbər verir ki, bu əməliyyatlara qonşu Çad Respublikasının hərbi birləşmələri aktiv dəstək verib.

Qarşıdurma nəticəsində 3 hərbçinin də həlak olduğu, 12 əsgərin isə yaralandığı bildirilir.

Qeyd edək ki, “Boko Haram” terror qruplaşmasının Kameruna hücumları son vaxtlar artıb. Yardım üçün Çad hökuməti öz hərbçilərini və 400 hərbi texnikanı Kameruna göndərib.

Çadın prezidenti terror qruplaşmasına qarşı mübarizə üçün koalisiya yaradılması təşəbbüsü ilə Mərkəzi Afrika ölkələrinin iqtisadi əməkdaşlıq təşkilatına müraciət edib.

Son xəbərlər

Orphus sistemi