​“Boko Haram” Kamerunda onlarla sakini oğurlayıb

​“Boko Haram” Kamerunda onlarla sakini oğurlayıb Eyni zamanda bir neçə nəfərin öldüyü bildirilir
Digər ölkələr
18 Yanvar , 2015 23:21
​“Boko Haram” Kamerunda onlarla sakini oğurlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Nigeriyanın "Boko Haram" terror qruplaşması qonşu Kamerunda ən azı 60 nəfəri oğurlayıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Məlumata görə, terrorçular sərhədi keçərək kəndə hücum ediblər və uşaqlar da daxil olmaqla onlarla yerli sakini oğurlayıblar.

Eyni zamanda bir neçə nəfərin öldüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi