​"Boeing" korporasiyasına yeni rəhbər təyin olunub

​"Boeing" korporasiyasına yeni rəhbər təyin olunub Dennis Mülenburq sədr vəzifəsində Cim Maknirnini əvəz edəcək
Digər ölkələr
23 Fevral , 2016 02:07
​Boeing korporasiyasına yeni rəhbər təyin olunub

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-ın təyyarəqayırma korporasiyası "Boeing"in rəhbərliyində dəyişiklik olub. Şirkətin Direktorlar Şurası sədr vəzifəsinə Dennis Mülenburqu təyin edib.

"Report" xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə bildirilir.

Hazırda şirkət prezidenti və baş icraçı direktor olan 52 yaşlı menecer vəzifəsinin icrasına rəsmi olaraq martın 1-dən başlayacaq.

Öz növbəsində son 10 ildə şirkətə rəhbərlik edən 66 yaşlı Cim Maknirni istefaya gedəcək.

Son xəbərlər

Orphus sistemi