BMT: Yəməndə münaqişə qurbanlarının sayı 10 min nəfərə çatıb

BMT: Yəməndə münaqişə qurbanlarının sayı 10 min nəfərə çatıb Ceymi Makqodrik: "Ölkənin bir çox yerlərində tibb müəssisəsi olmadığından həlak olanların sayı daha çox ola bilər"
Digər ölkələr
30 Avqust , 2016 14:55
BMT: Yəməndə münaqişə qurbanlarının sayı 10 min nəfərə çatıb

Bakı. 30 avqust. REPORT.AZ/ Yəməndə münaqişə qurbanlarının sayı təxminən 10 min nəfərə çatıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

BMT-nin Yəməndəki humanitar koordinatoru Ceymi Makqodrik bildirib ki, yeni rəqəmlər Yəməndəki tibb müəssisələrinin verdiyi rəsmi məlumatlara əsaslanır.

O, ölkənin bir çox yerlərində tibb müəssisəsi olmadığından həlak olanların sayının daha çox ola biləcəyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi