BMT və NATO-nun baş katibləri Parisdə törədilən terror aktlarını pisləyib

BMT və NATO-nun baş katibləri Parisdə törədilən terror aktlarını pisləyib Yens Stoltenberq: "Terrorizm demokratiyanı heç vaxt məğlub edə bilməyəcək
Digər ölkələr
14 Noyabr , 2015 10:40
BMT və NATO-nun baş katibləri Parisdə törədilən terror aktlarını pisləyib

Bakı. 14 noyabr. REPORT.AZ/ BMT-nın baş katibi Pan Gi Mun və qurumun Təhlükəsizlik Şurası Fransanın paytaxtı Parisdə törədilən terror aktlarını pisləyib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, baş katib cinayətkarların tezliklə məhkəmə qarşısında cavab verməsi üçün Fransa hökumətinin lazımi addımlar atacağına əmin olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurası da hücumla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, qorxaq və vəhşicəsinə həyata keçirilən hücum ən kəskin şəkildə pislənilir.

Bundan başqa, NATO-nun baş katibi Yens Stoltenberq isə hadisədən şoka düşdüyünü deyib: "Parisdə baş verən dəhşətli hücumlar səbəbindən şoka düşmüşəm. Bütün fikirlərim hadisədə həlak olan insanların ailələri və Fransa xalqının yanındadır. Terrorizmə qarşı mübarizədə güclü və birlikdə olmağımızı dəstəkləyirəm. Terrorizm demokratiyanı heç vaxt məğlub edə bilməyəcək".

Son xəbərlər

Orphus sistemi