BMT Ukraynanın şərqində vəziyyətin pisləşməsindən narahatdırlar

BMT Ukraynanın şərqində vəziyyətin pisləşməsindən narahatdırlar Atışmalarda minaatanlar, tank və artileriya qurğularından da istifadə olunur
Digər ölkələr
17 Aprel , 2015 20:26
BMT Ukraynanın şərqində vəziyyətin pisləşməsindən narahatdırlar

Bakı. 17 aprel. REPORT.AZ/ BMT-nin nümayəndələri atəşkəsin öozulması nəticəsində Ukraynanın şərqində insan haqları sahəsində vəziyyətin pisləşməsindən narahatdırlar.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, BMT-nin insan haqları üzrə ali komissarının sözçüsü Ravina Shamdasani aprelin 17-də bildirib ki, hərbi əməliyyatların artdığı müşahidə olunur, xüsusilə də Donetsk hava limanı və Şirokine kəndi yaxınlığında.

Onun sözlərinə görə, atışmalarda minaatanlar, tank və artileriya qurğularından da istifadə olunur.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Son xəbərlər

Orphus sistemi