BMT: Ukraynanın şərqində humanitar vəziyyət ağır olaraq qalır

BMT: Ukraynanın şərqində humanitar vəziyyət ağır olaraq qalır Münaqişə zamanı 6 mindən artıq insan öldürülüb və 15 min insan yaralanıb
Digər ölkələr
20 Mart , 2015 09:46
BMT: Ukraynanın şərqində humanitar vəziyyət ağır olaraq qalır

Bakı. 20 mart. REPORT.AZ/ Ukraynada münaqişə nəticəsində zərər çəkmiş təxminən 5 mln insan humanitar yardıma ehtiyac duyur. Onların çoxları təqaüd və digər sosial ödənişlərdən məhrum olub. Münaqişə zonasında bir çox məktəb və tibbi müəssisələri dağıdılıb. "Report" xəbər  verir ki, bunu BMT humanitar məsələləri üzrə koordinasiya şöbəsinin nümayəndəsi Con Qinq deyib.

O vurğulayıb ki, Ukraynanın şərqindəki münaqişə səbəbindən 1,7 mln insan öz evlərini tərk etməyə və qaçmağa məcbur olub. Bir milyondan insan məcburi köçkün vəziyyətinə düşüb. Bir çoxları Rusiyaya qaçıb. BMT nümayəndəsi bildirib ki, Ukraynanın şərqində humanitar vəziyyət hərbi əməliyyatların dayandırılmasından sonra da ağır olaraq qalır.

Sonda Con Qinq qeyd edib ki, humanitar cəmiyyət üçün ən böyük problem ehtiyacı olan insanlara yardımın çatdırılmasında çətinliklərin yaranması və yardımın göstərilməsi üçün vəsaitin çatışmamasıdır. O xatırladıb ki, BMT Ukrayna üçün donor ölkələrdən 316 mln. ABŞ dolları istəyib. Hələlik bu məbləğin yalnız 5%-i ayrılıb. 

Ukraynanın şərqində münaqişə zamanı 6 mindən artıq insan öldürülüb və 15 min insan yaralanıb. 

Son xəbərlər

Orphus sistemi