BMT Ukraynanın Qorlovka və Debaltsevo şəhərlərinin əhalisini evakuasiya etməyə çağırıb

BMT Ukraynanın Qorlovka və Debaltsevo şəhərlərinin əhalisini evakuasiya etməyə çağırıb 300 minə yaxın mülki şəxs döyüşlər ucbatından evlərini tərk edə bilmir
Digər ölkələr
31 Yanvar , 2015 01:25
BMT Ukraynanın Qorlovka və Debaltsevo şəhərlərinin əhalisini evakuasiya etməyə çağırıb

BAKI. 31 yanvar. REPORT.AZ/ Aktif döyüşlərin davam etdiyi Ukraynanın Qorlovka və Debaltsevo şəhərlərinin əhalisi dərhal təhlükəsiz rayonlara evakuasiya edilməldir.

"Report"-un TASS agentliyinə istinadla verdiyi xəbərə əsasən, BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik, hərbi əməliyyatların davam etdiyi rayonlarda 300 minə yaxın mülki şəxsin qaldığına diqqət çəkib. 

BMT rəsmisinin sözlərinə görə, mülki əhali döyüşlər ucbatından evlərini tərk edə bilmir. "Ukrayna rəsmiləri ilə separatçılar atəşkəs müqaviləsi imzalamalı və dinc sakinlərin təhlükəsiz bölgələrə köçməsinə şərait yaradmalıdır", - deyə S. Dujarrik bildirib.

 .

Son xəbərlər

Orphus sistemi