BMT Təhlükəsizlik Şurası Nitsadakı hücumu terror aktı adlandırıb

BMT Təhlükəsizlik Şurası Nitsadakı hücumu terror aktı adlandırıb Şura üzvləri günahkarların məsuliyyətə cəlb olunmasını vurğulayıblar
Digər ölkələr
15 İyul , 2016 07:35
BMT Təhlükəsizlik Şurası Nitsadakı hücumu terror aktı adlandırıb

Bakı. 15 iyul. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Fransanın Nitsa şəhərində dünən baş vermiş qanlı hadisəni pisləyərək onu "barbar və alçaq terror hücumu" adlandırıb. 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurası üzvlərinin mətbuata açıqlamasında həlak olanların ailələrinə başsağlığı verilib və günahkarların məsuliyyətə cəlb olunmasının zəruriliyi vurğulanıb.

"Təhlükəsizlik Şurasının üzvləri 14 iyul 2016-cı ildə, axşam saatlarında Nitsa şəhərində ən azı 77 nəfərin, o cümlədən xeyli sayda uşağın öldüyü, onlarla insanın xəsarət aldığı barbar və terror hücumunu ən qəti şəkildə pisləyir" – deyə sənəddə deyilir.

Son xəbərlər

Orphus sistemi