BMT təyyarələrlə Suriyaya humanitar yardım tədarükünə başlayıb

BMT təyyarələrlə Suriyaya humanitar yardım tədarükünə başlayıb Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərinə humanitar yardımın ilk partiyası çatdırılıb
Digər ölkələr
25 Fevral , 2016 07:43
BMT təyyarələrlə Suriyaya humanitar yardım tədarükünə başlayıb

Bakı. 25 fevral. REPORT.AZ/ BMT aviasiyası terrorçu “İŞİD” qruplaşmasının yaraqlıları tərəfindən mühasirədə saxlanan Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərinə humanitar yardımın ilk partiyasını çatdırıb.

"Report"un BBC-yə istinadən məlumatına görə, mühasirəyə alınmış şəhərin təxminən 200 min sakini ərzaq çatışmazlığı şəraitində yaşayır.

BMT humanitar agentliyinin rəhbəri Stephen O'Brien Təhlükəsizlik Şurasına məruzə edib ki, şəhərin Suriya hökumət qoşunlarının nəzarətində olan rayonlarına təyyarədən 21 ton ilkin tələbat malları atılıb.

Onun sözlərinə görə, Suriya Ərəb Qırmızı Aypara nümayəndələri konteynerlərin, planlaşdırıldığı kimi, nəzərdə tutulan yerlərlə endiyini təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi