BMT Təhlükəsizlik Şurası İŞİD yaraqlıları tərəfindən mədəni dəyərlərin məhv edilməsini terror aktları ilə eyniləşdirib

BMT Təhlükəsizlik Şurası İŞİD yaraqlıları tərəfindən mədəni dəyərlərin məhv edilməsini terror aktları ilə eyniləşdirib Qərar "İslam Dövləti" qruplaşmasının qədim abidələrin, həmçinin tarixi və mədəni obyektlərin dağıdılmasına cavab olaraq qəbul edilib
Digər ölkələr
28 Fevral , 2015 10:57
BMT Təhlükəsizlik Şurası İŞİD yaraqlıları tərəfindən mədəni dəyərlərin məhv edilməsini terror aktları ilə eyniləşdirib

Bakı. 28 fevral. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası "İslam Dövləti" qruplaşmasının qədim abidələrin, həmçinin  tarixi, mədəni və dini obyektlərin dağıdılmasını pisləyib və bu hərəkətləri terror aktları ilə bərabər tutub. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurası üzvləri tərəfindən qəbul edilən bəyanatda deyilir. 

"BMT Təhlükəsizlik Şurası üzvləri İŞİD tərəfindən İraqda törədilən terror aktlarını, o cümlədən fevralın 25-də Tikrit şəhəri yaxınlığında sünni qəbiləsindən olan 100 nəfərin tutmasını, fevralın 17-də Əl-Bağdadi şəhərində 45 iraqlının yandırılmasını, Bağdadda hər gün mülki vətəndaşlara hücumlarını, eləcə də Mosul muzeyində əvəzedilməz dini və mədəni dəyərlərin məqsədyönlü məhv edilməsini və Mosul kitabxanasında minlərlə kitab və nadir əlyazmaların yandırılmasını qətiyyətlə pisləyib", - bəyanatda qeyd olunub.

Sənəddə İŞİD yaraqlıları tərəfindən sonradan satmaq məqsədilə mədəni dəyər obyektlərinin oğurlanması, eləcə də tarixi və mədəni abidələrin dağıdılması pislənilir. 

Son xəbərlər

Orphus sistemi