BMT: Suriyaya humanitar yardım üçün 3.2 milyard dollara ehtiyac var

BMT: Suriyaya humanitar yardım üçün 3.2 milyard dollara ehtiyac var "Əhalinin 72% içməli su ilə bağlı problem yaşayır. İki milyon uşaq məktəbə gedmir"
Digər ölkələr
15 Dekabr , 2015 01:02
BMT: Suriyaya humanitar yardım üçün 3.2 milyard dollara ehtiyac var

Bakı. 15 dekabr. REPORT.AZ/ "Təkcə 2016-cı ildə Suriyaya humanitar yardımın təşkili üçün 3.2 milyard dollar vəsait toplanmalıdır. Çünkü 13.5 milyon suriyalı kömək gözləyir".

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Baş katibinin Humanitar məsələlər üzrə müavini Stiven O`Brayen deyib.

O, qeyd edib ki, hazırda 6.5 milyon Suriya sakini evlərini tərk edərək ölkə daxilində müxtəlif regionlara köçüb.

"Əhalinin 72% içməli su ilə bağlı problem yaşayır. İki milyon uşaq məktəbə gedmir", - deyən Stiven O`Brayen, fevralın 4-də Londonda keçiriləcək Beynəlxalq Suriya Konfransı çərçivəsində donor dövlətlərdən və təşkilatlardan ciddi dəstək gözlədiklərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi