​BMT: "Suriyanın Madaya şəhərində insanlar aclıqdan ölürlər"

​BMT: "Suriyanın Madaya şəhərində insanlar aclıqdan ölürlər" "Onlar təcili humanitar yardıma möhtacdırlar"
Digər ölkələr
8 Yanvar , 2016 01:02
​BMT: Suriyanın Madaya şəhərində insanlar aclıqdan ölürlər

Bakı. 8 yanvar. REPORT.AZ/ Suriyanın Rif-Diməşk əyalətinin Madaya şəhərinin sakinləri acından ölürlər və təcili humanitar yardıma ehtiyac duyurlar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu xəbərdarlıqla BMT-nin Suriyada humanitar fəaliyyət üzrə əlaqələndiriciləri Yaqub Hellu və Kevin Kennedi çıxış edib.

Dekabrın sonunda, hökumət qüvvələri və silahlı qruplaşmalar arasında əldə olunan sövdələşmənin şərtlərinə müvafiq olaraq Madaya və Zəbədanidən onlarla insan, həmçinin yaralı yaraqlılar və onların ailələri çıxarılıb.

"Madayada hazırda 42 minə yaxın insan qalmaqdadır, onlar aclıqdan ölürlər. BMT-nin etibarlı mənbədən əldə etdiyi məlumata görə, insanlar acından ölürlər, şəhəri tərk etmək istədikləri zaman isə onları öldürürlər. Yanvarın 5-də 53 yaşlı kişi acından ölüb, onun ailəsi isə qida çatışmazlığından əziyyət çəkməkdədirlər", - deyə Hellu və Kennedinin birgə bəyanatında bildirilir.

Sonuncu dəfə Madayaya ərzaq ötən ilin oktyabrında aparılıb.

Son xəbərlər

Orphus sistemi