​BMT: Suriyanın Aleppo şəhərində ağır döyüşlər gedir, çoxlu sayda ölənlər var

​BMT: Suriyanın Aleppo şəhərində ağır döyüşlər gedir, çoxlu sayda ölənlər var Bütün bunlar humanitar yardımların çatdırılmasına da maneə yaradır
Digər ölkələr
27 Aprel , 2016 01:40
​BMT: Suriyanın Aleppo şəhərində ağır döyüşlər gedir, çoxlu sayda ölənlər var

Bakı. 27 aprel. REPORT.AZ/ Son günlər Suriyanın Aleppo şəhərində hərbi əməliyyatlar daha da şiddətlənib. Çoxlu sayda mülki vətəndaşın öldüyü bildirilir. "Report" "TASS"-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik jurnalistlərə bildirib.

"Birləşmiş Millətlər Təşkilatının Humanitar məsələlərin əlaqələndirilməsi üzrə idarəsinə Aleppo şəhərində və onun ətrafında döyüşlərin şiddətlənməsi haqqında informasiyalar daxil olur" - deyə o bildirib. BMT baş katibinin rəsmi nümayəndəsi əlavə edib ki, hərbi əməliyyatlar mülki sakinlərin öldürülməsinə və yaralanmasına, habelə məktəblərin, xəstəxanaların, məscidlərin zərər çəkməsinə səbəb olur.

Onun sözlərinə görə, BMT dinc sakinlərə qarşı zorakılıq hallarından narahatdır. 

Bütün bunlar əraziyə humanitar yardımların çatdırılmasına da maneə yaradır.

Son xəbərlər

Orphus sistemi