​BMT: "Son 9 ayda Yəməndə 2 300 mülki sakin münaqişənin qurbanı olub"

​BMT: "Son 9 ayda Yəməndə 2 300 mülki sakin münaqişənin qurbanı olub" Rupert Kolvill: "İki həftə ərzində 151 mülki sakin, o cümlədən 26 uşaq və 10 qadın öldürülüb"
Digər ölkələr
29 Sentyabr , 2015 15:43
​BMT: Son 9 ayda Yəməndə 2 300 mülki sakin münaqişənin qurbanı olub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Yəməndə bu il martın 26-dan sentyabrın 24-dək 2 355 mülki vətəndaş münaqişənin qurbanı olub, 4 862 nəfər isə yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu rəqəmi BMT-nin insan haqları üzrə ali komissarının təmsilçisi Rupert Kolvill Cenevrədə keçirdiyi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, sentyabrın 11-dən 24-dək 151 mülki sakin, o cümlədən 26 uşaq və 10 qadın münaqişə nəticəsində həyatını itirib.

Qeyd edək ki, 2014-cü ilin avqustundan Yəməndə hakimiyyət qüvvələri ilə qiyamçı husilər arasında silahlı münaqişə şiddətlənib. 

Son xəbərlər

Orphus sistemi