​BMT: Son 3 ayda Əfqanıstanda 655 dinc sakin öldürülüb

​BMT: Son 3 ayda Əfqanıstanda 655 dinc sakin öldürülüb Hesabatda bildirilib ki, cari ilin son üç ayında Əfqanıstanda mindən çox dinc sakin xəsarət alıb
Digər ölkələr
13 Aprel , 2015 14:39
​BMT: Son 3 ayda Əfqanıstanda 655 dinc sakin öldürülüb

Bakı. 13 aprel. REPORT.AZ/ 2015-ci ilin əvvəlindən Əfqanıstanda 655 dinc sakin öldürülüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda BMT-nin hesabatında bildirilib.

Məlumata görə, dinc sakinlərin öldürülməsində daha çox məsuliyyət "Taliban" hərəkatının üzərinə düşür.

Hesabatda bildirilib ki, cari ilin son üç ayında Əfqanıstanda 1000-dən çox dinc sakin xəsarət alıb.

BMT-nin Əfqanıstandakı yardımlar üzrə direktoru Corcetta Qanonun sözlərinə görə, davam edən münaqişə nəticəsində ötən illə müqayisədə ən çox uşaqlar və qadınlar yaralanıb. 

Son xəbərlər

Orphus sistemi