Bakı. 23 noyabr. REPORT.AZ/ Son 20 ildə iqlim dəyişməsi və təbii fəlakət nəticəsində 606 min nəfər həyatını itirib, dövlətlərə isə 6 trilyon dollar ziyan dəyib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda BMT-nin Təbii fəlakət təhlükəsinin azaldılması idarəsinin hesabatında bildirilib.
Hesabata əsasən, son 20 ildə baş verən təbii fəlakətlərin 90 faizdən çoxu meteoroliji və təbii kataklizmlərlə bağlıdır. Sənəddə qeyd olunub ki, 1995-ci ildən təbii fəlakət və iqlim dəyişikliyi səbəbindən 606 min nəfər həyatını itirib, 4,1 milyard insan yaralanıb, yoxsul vəziyyətə düşüb, yaxud öz evini tərk edib.
Hesabata görə, təbii kataklizmlərdən ən çox ziyan çəkən 5 ölkə bunlardır - ABŞ (472 hadisə), Çin (441), Hindistan (441), Filippin (274) və İndoneziya (163).