BMT rəsmiləri miqrantlarla rəftara görə Çexiyanı tənqid edib

BMT rəsmiləri miqrantlarla rəftara görə Çexiyanı tənqid edib Çexiyada miqrantlar 40 gün müddətinə həbs edilir və onlardan hər gün üçün $10.46 dollar cərimə tələb olunur.
Digər ölkələr
23 Oktyabr , 2015 21:16
BMT rəsmiləri miqrantlarla rəftara görə Çexiyanı tənqid edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ BMT-nin İnsan Haqları Departamenti Çex Respublikasını miqrantları ləyaqəti alçaldan şəkildə həbs etməkdə günahlandırır.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, BMT-nin nümayəndələri bəyan edib ki, bir neçə mənbədən əldə olunan məlumata əsasən Çexiyada miqantların hüquqları sistematik olaraq pozulur.

Onların sözlərinə görə, Çexiyada miqrantlar 40 gün müddətinə həbs edilir və onlardan hər gün üçün $10.46 dollar cərimə tələb olunur.

Çex Respublikasının preizdenti Miloş Zeman miqrantlara qarşı pis rəftar haqda yayılmış məlumatları təkzib edib.

Son xəbərlər

Orphus sistemi