BMT rəhbəri Ukraynada hərbi əməliyyatlara son qoymağa çağırıb

BMT rəhbəri Ukraynada hərbi əməliyyatlara son qoymağa çağırıb Baş katib bütün tərəfləri Minsk razılaşmaları çərçivəsində qəbul olunan öhdəliklərini yerinə yetirməyə səsləyib
Digər ölkələr
19 Yanvar , 2015 10:10
BMT rəhbəri Ukraynada hərbi əməliyyatlara son qoymağa çağırıb

Bakı. 19 yanvar. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Donetsk hava limanı yaxınlığında baş verən və çox saylı qurbanlara gətirib çıxaran gərginliyin artması ilə əlaqədar narahatlığını bildirib. "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Pan Gi Mun insanların ölümünə yol verməməyə və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. 

Baş katib bütün tərəfləri Minsk razılaşmaları çərçivəsində qəbul olunan öhdəliklərini yerinə yetirməyə səsləyib. Onun sözlərinə görə, ilk addım hərbi əməliyyatların dərhal və tam dayandırılması olmalıdır. 

Pan Gi Mun hesab edir ki, istənilən vasitələrlə vəziyyətin gələcəkdə daha da pisləşməsindən, yeni insan tələfatına gətirib çıxaran hərəkətlərdən çəkinmək lazımdır. O, vurğulayıb ki, Ukraynada sabitliyin və ölkənin ərazi bütövlüyünün bərpa olunmasına  yönəlmiş istənilən səyləri BMT dəstəkləməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi