BMT: Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır

BMT: Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır 11 mindən çox xəstəliyə yoluxma hadisəsi ölümlə nəticələnib
Digər ölkələr
3 İyun , 2015 22:42
BMT: Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır

Bakı. 3 İyun. REPORT.AZ/ BMT Baş Məclisinin Qərbi Afrikada Ebolaya reaksiya verilməsi sahəsində təşkilatın fəaliyyətinin icmalına həsr olunmuş qeyri-rəsmi iclası keçirilib. "Report" xəbər verir ki, iclasda BMT Baş Məclisi nümayəndələrinin müzakirəsinə məruzə təqdim olunub.

Məruzədə bildirilir ki, son vaxtlar Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır. Mart ayında həftə ərzində orta hesabla 110 yeni yoluxma hadisəsi qeydə alınmışdısa, aprelin sonunda bu göstərici təqribən 10-na enib. Aprel ayında Liberiyada bu xəstəliyə yoluxma halı qeydə alınmayıb.

Məruzədə, həmçinin qeyd edilir ki, 2015-ci ilin may ayına olan məlumata görə, təqribən 26 700 təsdiq edilmiş, ehtimal olunan və güman edilən Ebolaya tutulma halı qeydə alınıb. 11 mindən çox xəstəliyə yoluxma hadisəsi ölümlə nəticələnib.

Son xəbərlər

Orphus sistemi