​BMT: XXI əsrdə Hindistan əhalisi çinliləri üstələyəcək

​BMT: XXI əsrdə Hindistan əhalisi çinliləri üstələyəcək Postsovet məkanında əhalinin sayı getdikcə azalacaq
Digər ölkələr
30 İyul , 2015 23:47
​BMT: XXI əsrdə Hindistan əhalisi çinliləri üstələyəcək

Bakı. 30 iyul. REPORT.AZ/ 2050-ci ilədək Yer kürəsində əhalinin sayı 9,7 mlrd. nəfərə çatacaq, 2100-cü ilədək isə planetimizdə 11,2 mlrd.-dan çox insan yaşayacaq.

"Report"un xəbərinə görə, bu barədə "Newsru.com" xəbər verir.

Əhalisinin sayına görə birinci yeri tutan Çin liderliyini itirəcək. Afrika ölkələrinə gəlincə isə 28 ölkənin əhalisinin sayı ikiqat artacaq.

BMT-nin proqnozlarına görə, 2015-2050-ci illərdə əhali sayının artımı Hindistan, Nigeriya, Pakistan, Konqo Respublikası, Efiopiya və digər ölkələrdə daha çox müşahidə olunacaq. Postsovet məkanında isə əhalinin sayı getdikcə azalacaq.

Son xəbərlər

Orphus sistemi