​BMT-nin baş katibi Türkiyəyə gəlib

​BMT-nin baş katibi Türkiyəyə gəlib Forum İstanbul şəhərində mayın 23-24-də keçiriləcək
Digər ölkələr
22 May , 2016 20:58
​BMT-nin baş katibi Türkiyəyə gəlib

Bakı. 22 May. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Dünya Humanitar Sammitində iştirak etmək üçün Türkiyəyə gəlib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında BMT baş katibini Türkiyənin bir sıra rəsmi şəxsləri qarşılayıblar.

BMT baş katibi ilə yanaşı, Fələstin lideri Mahmud Abbas, Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl Cabir əs-Sabah, Tunisin baş naziri Həbib əs-Səid, Livanın baş naziri Tamam Salam, Mavritaniya prezidenti Məhəmməd Valid Əbdüləziz də Dünya Humanitar Sammitində iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gəliblər.

Qeyd edək ki, forum İstanbul şəhərində, mayın 23-24-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi