Bakı. 8 İyun. REPORT.AZ/
"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, BMT rəsmiləri bu danışıqların həlledici olacağına inandıqlarını ifadə ediblər.
BMT-nin Liviyadakı missiyası bu ölkədəki iki rəqib siyasi fraksiyanı birləşdirərək vahid hökumətin yaradılması üçün geniş plan, həmçinin yeni Konstitusiya və seçkilərin keçirilməsi üçün təkliflər hazırlayıb.
Liviyada 2011-ci ildə uzun zaman ölkəni idarə edən Müəmmar Qəzzafi hakimiyyətdən devrilərək öldürüldükdən sonra yaranan siyasi qeyri-sabitlik bu günədək davam edir.