BMT: Liviyada münaqişə tərəfləri arasında danışıqlar bu həftə davam edəcək

BMT: Liviyada münaqişə tərəfləri arasında danışıqlar bu həftə davam edəcək Diyaloq prosesində münaqişə tərəflərinin 30-dan çox nümayəndəsi iştirak edəcək
Digər ölkələr
10 Avqust , 2015 22:03
BMT: Liviyada münaqişə tərəfləri arasında danışıqlar bu həftə davam edəcək

Bakı. 10 avqust. REPORT.AZ/ Liviyada münaqişə tərəfləri arasında danışıqların növbəti raundu avqustun 11-12-də İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, BMT-nin Liviya münaqişəsi üzrə nümayəndəsi Bernard Lyon bildirib ki, diyaloq prosesində münaqişə tərəflərinin 30-dan çox nümayəndəsi iştirak edəcək.

Danışıqlarda döyüşlərin dayandırılması, milli hökumətin təsisi və ölkənin yeni konstitusiyasının qəbul edilməsi kimi məsələlər müzakirə obyekti olacaq.

BMT nümayəndələri diyaloq prosesini liviyalılar üçün sabitliyi bərqərar etmək istiqamətində əhəmiyyətli şans kimi qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi