​BMT: İyunda İraqda 662 nəfər öldürülüb

​BMT: İyunda İraqda 662 nəfər öldürülüb 1457 nəfər terror aktları, hərbi əməliyyatlar və zorakılıqlar zamanı xəsarət alıb
Digər ölkələr
2 İyul , 2016 00:50
​BMT: İyunda İraqda 662 nəfər öldürülüb

Bakı. 2 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında İraqda baş vermiş terror aktları, hərbi əməliyyatlar və zorakılıqlar nəticəsində 660 nəfərdən çox adam ölüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İraqa yardım üzrə missiyasının bəyanatında bildirilir.

Məlumata görə, ötən ay İraqda baş vermiş silahlı əməliyyatlar, terror aktları nəticəsində 1450-dən çox adam xəsarət alıb. "Öldürülmüş iraqlıların ümumi sayı 662 nəfərdir. 1457 nəfər isə terror aktları, hərbi əməliyyatlar və zorakılıqlar zamanı xəsarət alıb" - deyə bəyanatda bildirilir.

Onlardan 382 nəfəri mülki şəxslər, 280 nəfəri isə İraqın silahlı qüvvələrinin əsgərləridir.

"Ən pis vəziyyət Bağdad vilayətindədir. Burada 236 nəfər öldürülüb. 742 nəfər yaralanıb" – deyə BMT-nin missiyasının bəyanatında bildirilir. 

Son xəbərlər

Orphus sistemi