​BMT: "İlin əvvəlindən Avropaya 750 mindən çox miqrant gəlib"

​BMT: "İlin əvvəlindən Avropaya 750 mindən çox miqrant gəlib" Gələrkən yolda 3,4 mindən çox insan batıb
Digər ölkələr
4 Noyabr , 2015 04:21
​BMT: İlin əvvəlindən Avropaya 750 mindən çox miqrant gəlib

Bakı. 4 noyabr. REPORT.AZ/ Cari ilin yanvar ayından Aralıq dənizi vasitəsi ilə Avropaya gələn miqrantların sayı 750 minə çatıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı BMT-nin qaçqınların işi üzrə ali komissarı Antonio Quterreş Baş Assambleyanın 3-cü komitəsində çıxışı zamanı bildirib.

"Yanvar ayından 3/4 milyon miqrant Avropa sahillərinə gəlib. Gələrkən yolda 3,4 mindən çox insan batıb, bununla belə ölənlərin sayı hava şəraitinin pisləşməsi səbəbindən sürətlə artır", - deyə o bildirib.

Onun sözlərinə görə, hər gün təkcə Yunanıstan sahillərində yerləşən adaya 6-8 min nəfər qaçqın gəlir.

Bununla yanaşı Quterreş II Dünya müharibəsindən sonra dünyada məcburi köçkünlərin sayının rekord həddə çatdığını bildirib. Onun sözlərinə görə, hazırda münaqişə və sıxıntı səbəbindən 60 milyon insan öz evini tərk edib.

"Son 5 il ərzində hər gün öz evini tərk edən insanların sayı təqribən 4 dəfə artıb: 2010-cu ildə 11 mindən ötən il 42,5 minədək", - deyə BMT-nin ali komissarı qeyd edib.

Son xəbərlər

Orphus sistemi