BMT: Hava şəraiti mühacirlərin Avropaya axınını azaldıb

BMT: Hava şəraiti mühacirlərin Avropaya axınını azaldıb Bu həftə Avropaya Aralıq Dənizi vasitəsi ilə yalnız 1500 mühacir gəlib
Digər ölkələr
2 Oktyabr , 2015 21:19
BMT: Hava şəraiti mühacirlərin Avropaya axınını azaldıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bu həftə Aralıq Dənizində hava şərtlərinin pis olması səbəbiylə Yunanıstana gələn miqrantların sayında böyük azalma qeydə alıb.

“Report”un “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, Komissarlıq bu həftə sadəcə 1500 mühacirin gəldiyini bildirib. Aralıq Dənizi ilə gələn mühacirlərin ortalama sayı 5 min olaraq qeydə alınmışdı. Lakin bu azalmanın davam edəcəyi gözlənilmir. 

Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri bildirib ki, hava şəraitində yaxşılaşma yeni axını da özü ilə gətirəcək.

Komissarlıq bu il təxminən 700 min miqrantın Aralıq Dənizi vasitəsilə Avropaya gələcəyi gözlənildiyini deyib. 2016-ci il üçün də oxşar say gözlənilir.

Bu rəqəm təşkilatın əvvəlki proqnozunun iki qatıdır. BMT böhranla mübarizə üçün 128 milyon dollar yardıma ayrılması üçün müraciət edib. Bu, keçən ay tələb olunandan 30.5 miliyon dollar çoxdur.

Son xəbərlər

Orphus sistemi