BMT: "Haitidə aclıq gözlənilir"

BMT: "Haitidə aclıq gözlənilir" BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər
Digər ölkələr
15 Oktyabr , 2016 15:44
BMT: Haitidə aclıq gözlənilir

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Haitidə "Mettyu" qasırğası kənd təsərrufatı məhsullarının 80 faizini məhv edib".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT-nin inkişaf proqramının Haitidəki əlaqələndiricisi İvonn Hell bildirib.

"Bu fəlakətdir. Bu faktiki olaraq, yarım ildən sonra Haitini aclığın gözləyəcəyi deməkdir", - deyə o vurğulayıb.

BMT-nin məlumatına görə, qasırğa çəltik, çovdar və paxlalı bitki sahələrini məhv edib. İnformasiyada bildirilib ki, ölkənin əsas ixrac məhsulları sayılan kakao, qəhvə bitkiləri və meyvə ağaclarına da ziyan dəyib.

BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər. 

İngilis versiyası UN: Haiti will hunger

Son xəbərlər

Orphus sistemi