BMT Fələstini müstəqil ölkə kimi bu gün tanıya bilər

BMT Fələstini müstəqil ölkə kimi bu gün tanıya bilər Rəsmi Vaşington Fələstin qətnaməsinin qəbuluna qarşı olduğunu bəyan edib
Digər ölkələr
31 Dekabr , 2014 01:47
BMT Fələstini müstəqil ölkə kimi bu gün tanıya bilər

Bakı. 31 dekabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinin dövlət kimi tanınmasını nəzərdə tutan qətnamənin müzakirəsi bu gün baş tutacaq.

"Report"-un verdiyi xəbərə görə, rəsmi Vaşington bir sıra Ərəb dövləti tərəfindən gündəmə gətirilən Fələstin qətnaməsinin qəbul olunmasına qarşı olduğunu bəyan edib .

ABŞ-nın BMT-dəki rəsmi nümayəndəsi Cef Ratke bildirib ki sözü gedən sənəd Birləşmiş Millətlər Təşkilatının gündəliyinə "vaxtından tez" salınıb.

"Bu qətnamənin dəstəkləməyəcəyik. Bir çoxlarə hesab edir ki bu sənəd vaxtından tez müzakirəyə çıxarılıb ve qeyri konstruktivdir" deyən Ratke, rəsmi Vaşinqtonun veto hüququndan istifadə edib etməyəcəyi haqda sulları isə cavabsız qoyub.

Son xəbərlər

Orphus sistemi