BMT Eboladan zərər çəkmiş ölkələr üçün vəsait toplayacaq

BMT Eboladan zərər çəkmiş ölkələr üçün vəsait toplayacaq BMT-nin Baş katibi Eboladan zərər çəkmiş ölkələrin bərpasını dəstəkləməyə çağırıb
Digər ölkələr
20 Aprel , 2015 04:11
BMT Eboladan zərər çəkmiş ölkələr üçün vəsait toplayacaq

Bakı. 20 aprel. REPORT.AZ/ İyulda BMT-nin qərargahında Ebola epidemiyasından zərər çəkmiş ölkələrin - Qvineya, Liberiya və Syerra-Leonenin bərpasına vəsaitin toplanması üzrə yüksək səviyyəli konfrans keçiriləcək.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, təşkilatın Baş katibi Pan Gi Mun vurğulayıb ki, bütün beynəlxalq birliyin, zərər çəkmiş ölkələrin liderlərinin və əhalisinin birgə səyləri, habelə tibb işçilərinin əzmkarlığı sayəsində Ebola virusunun sürətlə yayılmasının qarşısını almaq mümkün olub.

Son iki ayda Liberiyada Ebola virusuna yalnız bir yoluxma faktı qeydə alınıb. Qvineya və Sierra-Leonenin sahilboyu rayonlarında xəstəliyin miqyası xeyli azalıb. Lakin mübarizə davam edir və BMT başçısının sözlərinə görə, son səylər daha çətin ola bilər.

Pan Gi Mun deyib: “Ebola epidemiyası ciddi problem olaraq qalır. Xeyli insan dünyasını dəyişib. Bütöv ailələr, icmalar və dövlətlər dağılıb. Buna baxmayaraq, son aylar biz xeyli irəliləyişin şahidi olmuşuq”. O vurğulayıb ki, Ebolaya yoluxanlara təhlükəsiz qulluq göstərilməsi və ölənlərin təhlükəsiz dəfn edilməsi üzrə tədbirlər bu baxımdan böyük rol oynayıb.

BMT-nin Baş katibi beynəlxalq birliyə müraciət edərək, onu Eboladan zərər çəkmiş ölkələrin bərpasına dair səyləri dəstəkləməyə çağırıb. O bildirib ki, həmin məqsədlər üçün vəsaitin toplanması üçün bu ilin iyul ayında Nyu-Yorkda beynəlxalq konfrans çağırmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi